AZ

"Qarabağ"a uduzan "Benfika"nın baş məşqçisi istefaya göndərildi

Portuqaliyanın "Benfika" klubu baş məşqçisi Brunu Laje ilə yollarını ayırıb.

Oxu.Az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, bunu klubun prezidenti Ruy Koşta açıqlayıb.

O bildirib ki, Brunu Lajeni istefaya göndərmələrinə səbəb "Benfika"nın doğma meydanda Çempionlar Liqasının əsas mərhələsində Azərbaycan təmsilçisi "Qarabağ"a 2:3 hesabı ilə uduzması olub.

Ruy Koştanın mətbuat konfransından qısa müddət sonra Portuqaliya mediası "Benfika"nın baş məşqçi postuna Joze Mourinyunu gətirəcəyi ilə bağlı xəbərlər dərc etməyə başlayıb.

Seçilən
36
4
qaziler.az

6Mənbələr