AZ

“Özbəkistanda 100 ən yaxşı xarici universitetin filialları açılacaq” - PREZİDENT

Yazını böyüt
Yazını kiçilt

“Ali təhsildə islahatların əsas məqsədi Özbəkistanı regional təhsil və elmin mərkəzinə çevirməkdir”.

Hafta.az-ın yazdığına görə, bunu prezident Şavkat Mirziyoyev deyib.

Onun sözlərinə görə, bu gün ölkənin 4 universiteti dünyanın 1000 ən yaxşı universiteti sırasındadır. Növbəti illərdə onların sayının 10-a çatdırılması nəzərdə tutulur.

Dövlət başçısı prioritet istiqamətlər – informasiya texnologiyaları, süni intellekt, kənd təsərrüfatı texnologiyaları, tibb və “yaşıl” enerji üzrə ən yaxşı 500 universitetin siyahısındakı ali təhsil müəssisələri ilə təhsil proqramlarına başlanıldığını bəyan edib.

Bundan əlavə, ölkədə ən yaxşı 100 universitet reytinqinə daxil olan universitetlərin filiallarının açılması nəzərdə tutulur. Bu məqsədlərə nail olmaq üçün gələn il Özbəkistanda Mərkəzi Asiya Beynəlxalq Təhsil Forumu keçiriləcək. Tədbirdə 10-dan çox beynəlxalq təşkilatın nümayəndələri, aparıcı universitetlərin 500 rektoru və 1000-dən çox beynəlxalq ekspert iştirak edəcək.

Həmçinin Özbəkistan universitetlərində əcnəbi tələbələrin sayının 5 dəfə artırılması və təhsil xidmətlərinin ixrac həcminin 200 milyon dollara çatdırılması nəzərdə tutulur.

Daha əvvəl də məlumat verilmişdi ki, dünyanın ən yaxşı 300 universitetinə qəbul olunan müəllimlər 20 min dollara qədər güzəştli təhsil kreditlərindən yararlana biləcəklər.

Bu il QS World University Rankings 2026-nın ən yaxşı 1000 universitet siyahısına Özbəkistandan Milli Tədqiqat Universiteti “Daşkənd Suvarma və Kənd Təsərrüfatı Mexanikləşdirilməsi Mühəndisləri İnstitutu”, Özbəkistan Milli Universiteti və Daşkənd Dövlət Texniki Universiteti daxil olub.

Bu il gənclərin Amerika Ivy League Universitetlərinə qəbula hazırlanması üzrə Milli Proqrama iştirakçıların seçilməsinə başlanılması planlaşdırılır.

Seçilən
26
hafta.az

1Mənbələr