AZ

Vidadi Mustafayevin Azərbaycan əleyhinə fəaliyyəti... Diaspor adı altında Rusiya layihəsi

Bakupost portalından verilən məlumata əsasən, ain.az bildirir.

Uralda Azərbaycan diasporunun yeni rəhbəri olduğunu iddia edən Vidadi Mustafayev Azərbaycana qarşı əməllərini davam etdirir.

Bakupost.az xəbər verir ki, bu dəfə o, həbsdə olan diaspor rəhbəri Şahin Şıxlinskinin tərəfdarlarının guya azərbaycanlıların "xüsusi əməliyyat" üçün apardığı ianə toplama kampaniyasını pozduqlarını bildirib.

Vidadi Mustafayev əlavə edib ki, yaxın vaxtlarda Moskvada Rusiya diplomatları ilə görüşüb, onlara öz proqramını təqdim edib və əlaqəni davam etdirmək vədi alıb. O, eyni zamanda, Azərbaycan diplomatları ilə əlaqə saxlamağın mənasız olduğunu qeyd edib.

Aysel,

BakuPost

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
47
1
www.bakupost.az

3Mənbələr