Rusiyanın Soçi şəhərindəki erməni diasporunun rəhbəri Sos Martirosyan cinayətə görə məhkumluğuna baxmayaraq, şəhər deputatı seçilib.
Seçki nəticələrinə görə, sui-qəsd yolu ilə soyğunçuluğa görə əvvəllər məhkum edilmiş Martirosyan öz dairəsində 30,93 faiz səslə qalib gəlib.
Rusiya mətbuatı xəbər verir ki, Martirosyan müsahibəsində bildirib: “Soçidəki erməni diasporu siyasət və sosial inkişafla bağlı heç bir fərqli baxışa malik deyil. Təşkilat Ermənistanla əlaqələrin qurulması və erməni xalqının kimliyi ilə mədəni dəyərlərinin qorunması məqsədilə fəaliyyət göstərir”.
Musavat.com