AZ

Çempionlar Liqası: "Liverpul" "Atletiko", "Çelsi" "Bavariya" ilə qarşılaşacaq

 

Bakı, 17 sentyabr, AZƏRTAC

Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyunlar keçiriləcək.

AZƏRTAC xəbər verir ki, I turda daha altı qarşılaşma təşkil olunacaq.

“Qarabağ”ın turnirdəki rəqiblərindən "Liverpul" İngiltərədə İspaniyanın "Atletiko" komandasını qəbul edəcək. "Çelsi" isə Almaniyada "Bavariya"nın qonağı olacaq. Hər iki görüş Bakı vaxtı ilə 23:00-da start götürəcək.

UEFA Çempionlar Liqası, əsas mərhələ

I tur

17 sentyabr

20:45. "Slaviya" (Çexiya) - "Budyo Qlimt" (Norveç)

20:45. "Olimpiakos" (Yunanıstan) - "Pafos" (Kipr)

23:00. "Bavariya" (Almaniya) - "Çelsi" (İngiltərə)

23:00. "Liverpul" (İngiltərə) - "Atletiko" (İspaniya)

23:00. "Ayaks" (Niderland) - "İnter" (İtaliya)

23:00. PSJ (Fransa) - "Atalanta" (İtaliya).

 

 

 

Seçilən
56
5
azertag.az

10Mənbələr