AZ

ABŞ İranı maliyyələşdirməkdə ittiham olunan şirkət və şəxslərə sanksiya tətbiq edib

ABŞ
ABŞ administrasiyası İran ordusunu maliyyələşdirməkdə ittiham etdiyi Honq Konq və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) fəaliyyət göstərən 10-dan çox şəxs və qurumu sanksiya siyahısına daxil edib. 1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinə tabe Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) məlumatına görə, sözügedən şəxslər və şirkətlər İran neftinin satışından əldə edilən gəlirlər də daxil olmaqla, müxtəlif maliyyə transferlərini koordinasiya edərək İran İslam İnqilabı Keşikçiləri Korpusu Qüds Qüvvələri və İran Müdafiə və Silahlı Qüvvələrin Logistika Nazirliyinə (MODAFL) dəstək veriblər.
OFAC-ın açıqlamasında vurğulanıb ki, İranın “kölgə bankçılığı” şəbəkələri beynəlxalq maliyyə sistemindən sui-istifadə edir. Qeyd olunur ki, bu şəbəkələr sanksiyalardan yayınmaq üçün denizaşırı ofşor şirkətlər və kriptovalyuta əməliyyatlarından istifadə etməklə çirkli pulların yuyulmasına şərait yaradır.

Maliyyə Nazirliyinin Terrorizm və Maliyyə Kəşfiyyatı üzrə müavini Con Hörli bildirib ki, İran qurumları məhz bu “kölgə bankçılığı” mexanizmlərinə güvənərək sanksiyalardan yayınmağa və beynəlxalq maliyyə sistemi üzərindən milyonlarla dollar ötürməyə çalışır:
“ABŞ İranın silah proqramlarını və Yaxın Şərqdəki dağıdıcı fəaliyyətlərini maliyyələşdirən maliyyə axınlarını kəsməkdə davam edəcək,” – Hörli əlavə edib.

Seçilən
50
1news.az

1Mənbələr