AZ

Deputat aidiyyəti qurumları tənqid etdi: Bakıdakı tıxac gedib Gəncəyə çıxıb

ain.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Aidiyyəti qurumlar bir problemi həll edirlər, adamın ürəyi açılır, ancaq əlavə problem ortaya çıxır. İctimai nəqliyyat inkişaf etdirilir, avtobuslar alınır, avtobus yolu çəkirlər, hər şey superdir. Ancaq digər tərəfdən şəxsi avtomobillə öz problemini həll etmək istəyən insanlara çətinlik yaranır". 

News24.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, bu fikri deputat Naqif Həmzəyev Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında səsləndirib. 

Deputat deyib ki, eyni problemi bu gün Gəncədə də görə bilirik: 

"Gəncədə yol problemi var idi, indi dövlətin dəstəyi ilə yollar bərpa olunur. Ancaq balaca yolda avtobus zolağı çəkiblər, orada onsuz da 2 avtomobil zülmlə keçir. Bakıdakı tıxac bu gün Gəncəyə gedib çıxıb. Aidiyyəti qurumlara səslənirəm, qaş düzəldən yerdə, vurub göz çıxartmayaq. Bakı və Gəncə bir ola bilməz. İnsanların, xüsusilə sərnişinlərin hüquqlarını pozmayaq, həll yolları axtaraq”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
47
1
news24.az

2Mənbələr