AZ

Yolun ortasında piyada dayanıbsa, nə etməlisiniz? AQİL RƏHİMOV AÇIQLADI VİDEO

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Yollarda piyadaların təhlükəsizliyi mövzusu sürücülər üçün ən vacib məsələlərdən biridir. Xüsusilə də, piyada yolun ortasında və ya icazəsiz yerlərdə dayananda, bu, hər an qəzanın baş verməsinə səbəb ola bilər. Belə hallarda sürücülərin daha diqqətli olması həyati əhəmiyyət daşıyır.

Avtosfer.az xəbər verir ki, qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov sürücülərə bu mövzuda xüsusi xəbərdarlıq edib:

“Siz sol zolaqla gedirsiniz. Yolun ortasında, qoşa xəttin üzərində piyada durub. Arxası siz tərəfədir. Təcrübəsiz sürücü düşünə bilər ki, burada nə təhlükə var? Üzü bizə tərəf deyin ki, biz tərəfə qaça bilməz. Amma təhlükə var.

Təhlükə ondan ibarətdir ki, əgər qarşıdan avtomobil yüksək sürətlə gəlsə və piyadanı qorxudsa, piyada instinktiv olaraq bir addım, addım yarım geri tullana bilər və sizin maşının təkəri altına düşə bilər. Buna görə də məsləhət ondan ibarətdir ki, yolun ortasında dayanan, hətta üzü siz tərəfə olmayan piyada gördükdə, sürəti bir az azaldıb, ondan metr yarım, iki metr aralıq saxlayın ki, maşına geri bir addım qəfil tullansa, sizin təkərin altına düşməsin.”

Eltac Zülfüqaroğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
44
avtosfer.az

1Mənbələr