AZ

Çin İsraildən Qəzzada hərbi əməliyyatı dərhal dayandırmağı tələb edir

Çin hakimiyyəti İsraildən Qəzza zolağında hərbi əməliyyatları dərhal dayandırmağı istəyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Pekin bu addımın onsuz da mövcud olan ağır humanitar böhranı daha da dərinləşdirməmək üçün vacib olduğunu vurğulayıb.

Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cian bildirib ki, İsrail beynəlxalq ictimaiyyətin çağırışlarına qulaq asmalı və ən qısa zamanda hərtərəfli, davamlı atəşkəsə nail olmalıdır.

Seçilən
27
operativmm.az

1Mənbələr