AZ

“18 sentyabr - Milli Musiqi Günü” - KİTAB SƏRGİSİ

Yazını böyüt
Yazını kiçilt

Milli Kitabxanada “18 sentyabr - Milli Musiqi Günü” adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kitabxanadan hafta.az-a bildirilib ki, virtual sərgidə fotolar, mövzu ilə əlaqədar kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr təqdim olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Milli_Musiqi_gunu/index.htm linkindən istifadə edə bilərlər.

Ənənəvi sərgidə Milli Kitabxananın və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə “Milli musiqi xəzinəmizdən: Azərbaycan Milli Kitabxanasının fondundan” layihəsi çərçivəsində nəşr olunmuş bəstəkarlarımızın not məcmuələri və “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdiyi biblioqrafiyalar, ölkəmizin musiqi sənətinin təşəkkülü və inkişafı tarixi, dahi bəstəkar Üzeyir Hacıbəylinin zəngin irsi, milli musiqimizin görkəmli xadimlərinin həyatı, yaradıcılığı və pedaqoji fəaliyyəti, milli musiqi alətləri və s. haqqında Azərbaycan və xarici dillərdə müxtəlif ədəbiyyatlar nümayiş olunur.

Seçilən
34
1
hafta.az

2Mənbələr