Bu ilin birinci yarısında təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi həcmi 0.9 milyard dollarməbləğində qiymətləndirilib.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın Tədiyə balansı hesabatında qeyd olunub.
Daxilolmalar 590.6 milyon dollar, ödənişlər isə 308.4 milyon dollartəşkil edib.
Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 90.4%-ni xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 4.7%-ni ölkəyə gətirilən humanitar malların və digər yardımların həcmi, 4.9%-ni isə digər daxilolmalar təşkil edir. Ölkəyə göndərilən pul baratlarının həcmi 6.0% daralaraq 534.0 milyon dollar , ölkədən köçürülən pul baratlarının həcmi isə 8.3% azalaraq 238.2 milyon dollarolub.Nəticədə pul baratları üzrə 295.8 milyon dollar müsbət saldo yaranıb.