AZ

Paşinyan Trampa belə cavab verdi: Azərbaycanla indiyədək heç kimin əldə etmədiyi...

Prezident Donald Tramp, Azərbaycanla indiyədək heç kimin əldə etmədiyi bu tarixi razılaşmaya vasitəçilik etdiyiniz üçün bir daha təşəkkür edirəm.

Publika.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ prezidenti Donald Trampın yazısına cavab olaraq sosial şəbəkə hesabında yazıb.

“Mən sülhün daha da institusionallaşdırılmasına və TRIP-in həyata keçirilməsinə sadiq olduğumu bir daha təsdiq edirəm”, - Paşinyan yazıb.

Xatırladaq ki, Donald Tramp dünən yazmışdı ki, Ermənistan və Azərbaycan arasında münaqişənin həllinə kömək etmək, bu iki böyük lider və xalqla dost olmaq onun üçün böyük şərəfdir.

Seçilən
4
1
publika.az

2Mənbələr