AZ

Türkiyə sualtı qayıqlardan ilk yerli qanadlı raketlərini buraxacaq: AKATA təqdim edildi

ain.az, Oxu.az saytına istinadən bildirir.

Türkiyə müdafiə sənayesi sualtı hücum sahəsində növbəti mərhələni keçərək AKATA adlı ilk yerli sualtı qayıqlardan buraxılan qanadlı raketini təqdim edib. Məhsul "Roketsan" platforması əsasında hazırlanıb və "Atmaca" raketinin sualtı kapsullaşdırılmış versiyası kimi təqdim olunur.

Oxu.Az bu barədə Türkiyənin Müdafiə Sənayesi qurumuna istinadla xəbər verir.

Bildirilir ki, yeni silah sistemi 533 millimetr kalibrli olub, 250 kilometrdən artıq məsafədə hədəfləri məhv etmək qabiliyyətinə malikdir.

Mütəxəssislər hesab edirlər ki, AKATA Türkiyənin dəniz hücum imkanlarında taktiki çevikliyi və sürpriz effektini artıracaq. Həmçinin qeyd edilib ki, bu, ölkə müdafiə sənayesinin sualtı vuruş texnologiyalarında müstəqilliyə doğru irəliləyişinin göstəricisidir.

Raket ilk dəfə "IDEF-2025" sərgisində nümayiş etdirilib.

Türkiyə sualtı qayıqlardan ilk yerli qanadlı raketlərini buraxacaq: AKATA təqdim edildi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
44
1
oxu.az

2Mənbələr