AZ

Seyidbəyli kəndində gələn il daha 64 ev istismara hazır olacaq

Xocalı. Trend:

Jurnalistlər Prezidentin izi ilə təşkil edilən media-turçərçivəsində Xocalı rayonunun Seyidbəyli kəndində olub.

Trend-in Qarabağ bürosunun xəbərinə görə, Seyidbəylikəndində olan jurnalistlərə Xankəndi şəhərində, Ağdərə və Xocalırayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətləəlaqələr şöbəsinin müdiri Afət Telmanqızı məlumat verərək bildiribki, kəndin sosial infrastrukturunun qurulmasına başlanılıb.

Belə ki, 30 kilometr uzunluğunda mövcud elektrik xətti bərpaolunub, 2 ədəd transformator quraşdırılaraq, sayğaclaşdırmaişlərinə start verilib. Magistral qaz xətləri çəkilib, 5,7 kilometruzunluğunda mövcud qaz xətti, həmçinin su anbarı, subartezianquyusu bərpa edilib, içməli su şəbəkəsi yenidən qurulub. Kənddəbayraq meydanı salınıb, kənddaxili yollar asfaltlanıb.

Həmçinin A.Telmanqızı bildirib ki, Seyidbəyli kəndində 140 evvar ki, onlardan da 22-si yararsız, 118-i isə qismən yararlıdır.Artıq 10 ev bərpa edilib. Bu ilin sonunadək 44, 2026-cı ildə isədaha 64 ev istismara hazır olacaq. İndiyədək kəndə 9 ailə (31nəfər) köçüb.

Qeyd edək ki, Seyidbəyli kəndi 2023-cü ilin sentyabrında SilahlıQüvvələrimizin həyata keçirdiyi antiterror əməliyyatı zamanıAzərbaycanın nəzarətinə keçib.

Məqalədə:
Seçilən
58
49
az.trend.az

10Mənbələr