UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda Portuqaliyanın “Benfika” komandası ilə oyunda (3:2) zədələnən "Qarabağ"ın futbolçusu Marko Yankoviçin durumuna aydınlıq gəlib.
Offsideplus.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında danışıb.
Mütəxəssis bildirib ki, narahatlığa əsas yoxdur: “Məncə, ciddi bir şey yoxdur. Ayağına zərbə olmuşdu. Həm də yorğun olduğuna görə bir az ağrısı çox oldu. Ciddi bir şey olmamlıdır. Sadəcə o, dünən bir az yorulmuşdu”.
Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsində növbəti oyunda Danimarkanın “Kopenhagen” komandası ilə qarşılaşacaq.