AZ

Qəzzada uşaq xəstəxanası bombalandı

İsrail ordusu Qəzza şəhərində yerləşən Rantisi Uşaq Xəstəxanasını hədəfə alıb.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyi bildirib ki, İsrail qüvvələri ötən gecə bir neçə dəqiqəlik fərqlə xəstəxananın yuxarı mərtəbələrini üç dəfə bombalayıb.

Məlumatda bildirilib ki, xəstəxananın hədəfə alınması İsrailin Qəzza zolağında səhiyyə sistemini sıradan çıxarmağa yönəlmiş sistemli siyasətini bir daha ortaya qoyur.

Qeyd edilib ki, Rantisi Uşaq Xəstəxanası Qəzza zolağında onkologiya, dializ, tənəffüs və həzm sistemi xəstəlikləri üzrə xidmət göstərən yeganə ixtisaslaşmış uşaq xəstəxanasıdır.


Seçilən
97
news24.az

1Mənbələr