AZ

London Bakı münasibətləri strateji tərəfdaşlığa yüksəlr: Bu, nə deməkdir?

ain.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Böyük Britaniya və ABŞ kimi inkişaf etmiş dövlətlərlə strateji tərəfdaşlıq ilk növbədə Azərbaycana öz müstəqil siyasətini həyata keçirməyə imkan verən amillərdən biridir".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli Böyük Britaniyanın Azərbaycanla münasibətlərin səviyyəsini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltdiyi barədə bəyanatını şərh edərkən deyib. 

"London və Vaşinqton BMT Təhlükəsizlik Şurasının üzvləridir. 44 günlük müharibə dövründə London faktiki olaraq Azərbaycanı müdafiə edib. BMT-də ölkəmizə əleyhinə yönəlik müxtəlif məsələlərə qarşı çıxıb", deyə ekspert bildirib. 

Hüquqşünasın fikrincə, Böyük Britaniya və ABŞ-la strateji tərəfdaşlıq bir tərəfdən Rusiyanın Cənubi Qafqazdan çıxarılması prosesini sürətləndirəcək, digər tərəfdən də Azərbaycanın regionda mövqeyinin daha da möhkəmlənməsinə gətirib çıxaracaq:

"London da çalışır ki, Cənubi Qafqazda öz marağını təmin etsin. Bunun üçün də Azərbaycanı etibarlı tərəfdaş qismində görürlər. Bu vaxta qədər adətən bu maraqların təmini Ermənistan üzərindən həyata keçirirdilərsə, indi isə Azərbaycanın artan rolunu qəbul etməklə onunla əməkdaşlığa önəm verirlər. Bu da bütövlükdə Moskvanın Cənubi Qafqazdan sıxışdırıb çıxarılmasına təkan vermək məqsədi daşıyır".

Qulamhüseyn Əlibəyli düşünür ki, Bakı üçün Londonla münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması iqtisadi cəhətdən də sərfəlidir:

"Böyük Britaniya ilə kifayət qədər inkişaf edən ticari əlaqələr bundan sonra daha sürətlə inkişaf edə bilər. Bu, geosiyasi və regional təhlükəsizlik baxımından da ölkəmiz üçün sərfəlidir".

Qeyd edək ki, Böyük Britaniya Azərbaycanla münasibətlərin səviyyəsini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltdiyini elan edib. Bu barədə  Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib. 

(Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa, Şimali Amerika və xaricdəki ərazilər üzrə dövlət naziri Stiven Douti Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevə xatirə hədiyyəsi təqdim edir)

Xəbərdə bildirilir ki, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa, Şimali Amerika və xaricdəki ərazilər üzrə dövlət naziri Stiven Douti Bakıya rəsmi səfəri zamanı iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq statusuna qaldırıldığını açıqlayıb. Nazirliyin bəyanatında qeyd olunur ki, Doutinin Bakıya səfəri Böyük Britaniyanın Azərbaycanla əlaqələri gücləndirmək öhdəliyini və Azərbaycanın Cənubi Qafqazda ən vacib strateji tərəfdaşlardan biri kimi rolunu bir daha təsdiqləyir. 

Rüfət Sultan

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
qaynarinfo.az

1Mənbələr