AZ

Hakimiyyət 6 vilayətin internet əlaqəsini KƏSDİ

Yazını böyüt
Yazını kiçilt

Əfqanıstan hakimiyyəti azı altı vilayətdə dövlətə məxsus “Afghan Telecom” şirkəti tərəfindən təmin olunan optik internetin verilməsini dayandırıb.

Hafta.az xəbər verir ki, internetin kəsilməsi halları Balx, Qəndəhar, Hilmənd, Herat, Uruzqan və Nimruz vilayətlərində qeydə alınıb. Yerli sakinlər internetin qəfil kəsildiyini bildiriblər.

“Taliban” hərəkatının nümayəndəsi Qəndəhar və Balx vilayətlərində rabitənin kəsildiyini təsdiqləyib. Onun sözlərinə görə, bu qərar hərəkatın lideri Heybətullah Axundzadə tərəfindən verilib. İnternetin kəsilməsi “əxlaqsız fəaliyyətlərin qarşısının alınması” ilə əlaqələndirilir.

Əfqanıstan hökuməti rəsmi məqsədlər üçün alternativ daxili şəbəkənin yaradılmasını planlaşdırılır.

Seçilən
13
2
hafta.az

3Mənbələr