AZ

Çətin relyef şəraitində əməliyyat: 12 kq narkotik vasitə aşkarlandı

Narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə paytaxt və bölgələrdə fasiləsiz olaraq davam etdirilir. 

DİN mətbuat xidmətinin məlumatına görə, Daşkəsən Rayon Polis Şöbəsi əməkdaşlarının bu istiqamətdə çətin relyef şəraitində həyata keçirdikləri əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 31 yaşlı Zamin Məmmədov saxlanılıb. Onun üzərindən ümumi çəkisi 12 kiloqram 150 qram tərkibi psixotrop maddələrlə zənginləşdirilən narkotik vasitə marixuana aşkarlanıb.

Araşdırma zamanı onun narkotik vasitələri maddi qazanc üçün əldə etdiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, Z.Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Saxlanılan şəxsin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin də ifşa olunması istiqamətində tədbirlər davam etdirilir.

P.Əmircanov
XQ

Seçilən
5
24
xalqqazeti.az

10Mənbələr