AZ

Pulsuz təqdim olunan dərmanlara dövlət nəzarəti artırılmalıdır — AÇIQLAMA

“Əvvəlki illə müqayisədə tibbi ləvazimatlara daha çox pulun xərclənməsi həm qiymət artımı, həm də tələbatın yüksək olması ilə əlaqəlidir”.

Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı Pərviz Heydərov bildirib. 

O deyib ki, təkliflə tələbatın artması da ciddi təsir göstərir:

“Yəni bunu təkcə tibbi vasitələrin qiymət artımı ilə əlaqələndirmək düzgün olmaz. Amma bu faktor da mühüm rol oynayır. Ona görə də bu, əbəs yerə ciddi nəzarətə götürülməli məsələ sayılmır. Ölkədə icbari tibbi sığorta mexanizmi fəaliyyət göstərir. Müəyyən qrup insanlar üçün bəzi dərman və vasitələr pulsuz təqdim olunur.  Amma bu faktorun özü də göstərir ki, bu sahədə dövlət nəzarətinin artırılması vacibdir. Risklər ondan ibarətdir ki, əgər bu tendensiya davam edərsə və müvafiq tələb maddi imkanlarla uzlaşmazsa, bu, zərərli nəticələrə gətirib çıxara bilər. Yəni tibbi vasitələrin satışı və əldə olunması ilə bağlı balans pozula bilər. Bunun qarşısı vaxtında və effektiv şəkildə alınmalıdır”.


Leyla Turan
Demokrat.az
Seçilən
43
1
demokrat.az

2Mənbələr