Aqrar sığorta eksperti təlimlərində əvvəlki illərdə iştirak edən, lakin müəyyən səbəblərdən imtahana qatılmayan və ya imtahandan keçməyən bütün namizədlər 29 sentyabrda keçiriləcək imtahanda iştirak edə bilərlər. Təlim iştirakçıları qeydiyyatla bağlı əlavə məlumat üçün Aqrar Sığorta Fondunun 1651 Çağrı Mərkəzinə və ya (055) 500 84 23 nömrəsinə müraciət edə bilərlər.
İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra (əvvəl kabineti olmayanlar üçün) həmin kabinetin pul hesabına imtahanda iştirak üçün tələb olunan məbləği əlavə etməli və qeydiyyatı tamamlamalıdırlar. Qeydiyyatdan keçmiş, lakin imtahanda iştirak etməyən namizədlərin ödədiyi vəsait geri qaytarılmır.
İmtahan Aqrar Sığorta Fondu tərəfindən təşkil olunmuş təlim proqramına dair açıq və qapalı tipli test tapşırıqlarını əhatə edir. Toplana biləcək ümumi (maksimal) bal 60-dır. 36 və daha yüksək bal toplamış namizədlər imtahandan müvəffəqiyyətlə keçmiş hesab olunurlar və onlara aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı verilir.