AZ

AQTA: Ötən həftə dünyada yeni xəstəlik halları aşkarlanıb

Bakı, 17 sentyabr, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) həm ölkə daxilində, həm də dünyada epizootik vəziyyəti daim diqqət mərkəzində saxlayır.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, sahibkarlıq subyektlərinin məlumatlılıq səviyyəsini artırmaq məqsədi ilə agentliyin şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına istinadla epizootik vəziyyətlə bağlı son məlumatları təqdim edib.

Bildirilib ki, ötən həftə ərzində dünya üzrə blutanq, xırdabuynuzlu heyvanların çiçək xəstəliyi və yüksək patogen quş qripi ilə bağlı yeni xəstəlik halları aşkar olunub. Respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması məqsədilə qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq AQTA tərəfindən müvəqqəti məhdudiyyət tətbiq edilib.

Videoməlumatla linkdən tanış olmaq mümükndür.

Seçilən
20
4
azertag.az

6Mənbələr