AZ

Sabah paytaxtda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq

Sentyabrın 18-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-19, gündüz 21-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 millimetr civə sütunundan 758 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda yağıntıda qısamüddətə fasilə olacaq. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-19, gündüz 19-24, dağlarda gecə 2-6, gündüz 7-11 dərəcə isti olacaq.

Seçilən
12
49
yeniazerbaycan.com

10Mənbələr