AZ

“Qarabağ” çox şey etmədi” – “Benfika”nın futbolçusu

“Benfika”nın ukraynalı futbolçusu Georgi Sudakov Çempionlar Liqasının ilk turunda “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu bildirib ki, ilk hissədə komanda 2:0 hesabı ilə öndə olub və oyuna nəzarət edirdi. Lakin cərimə zərbəsindən buraxdıqları qoldan sonra oyun dəyişib:

“Qarabağ” çox şey etmədi, amma hər hücumu komandamız üçün təhlükəli oldu və ikinci hissəni zəif keçirdik”.

O, həmçinin komandasının ikinci hissədə performansından razı olmadığını vurğulayıb.

Seçilən
59
idmanxeber.az

1Mənbələr