AZ

Qurban Qurbanov: “Böyük klublar bu oyundan sonra.,.” - VİDEO

“Bu cür qələbələr futbolumuz üçün önəmlidir”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Heydər Əliyev Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

O, Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda Portuqaliyada “Benfika” üzərində qazanılan 3:2 hesablı tarixə qələbəyə görə xoşbəxt olduğunu bildirib:

“Futbolçularımla qürur duyuram. Bu zəfər oyunçulara stimul verəcək. İlk dəqiqələrdən bir az gərginlik var idi. Lakin bunu adlaya bildik.

Fasilədə uşaqlara dedim ki, ruhdan düşmək lazım deyil. Rəqiblər hər zaman bizə fərqli yanaşırlar. Bundan sonra da ciddi yanaşacaqlar”.

Baş məşqçi növbəti mərhələ barədə indidən danışmağın tez olduğunu söyləyib:

“Keçən il Avropa Liqasındakı oyunlarımıza baxsaq, daha çox xal qazana bilərdik. Mən hər zaman futbolçularıma deyirdim ki, istənilən nəticəni əldə etmək olar.

Bunun üçün inamlı olmaq lazımdır. Çalışırıq ki, qarşıdakı matçlarda da uğurlu nəticələr əldə edək”.

Seçilən
35
sportinfo.az

1Mənbələr