AZ

Bakıda 7 ayda yerinə yetirilmiş inşaat işlərinin göstəriciləri açıqlanıb

525.az saytından alınan məlumata görə, ain.az bildirir.

Bu ilin yanvar-iyul aylarında Bakı şəhərində yerinə yetirilmiş ümumi inşaat işlərinin 91,3 %-ini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

Bu barədə 525.az-a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, ötən 7 ay ərzində paytaxtın tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 86,4 %-ini inşaat, yenidənqurma və bərpa, 6,8 %-ini əsaslı təmir, 3,6 %-ini cari təmir, 3,2 %-ini isə sair tikinti işləri təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanda tikinti müəssisələri tərəfindən (fərdi sahibkarlar nəzərə alınmaqla) yerinə yetirilmiş inşaat işlərinin 82,8 %-ini inşa, yenidənqurma və bərpa, 8  %-ini əsaslı təmir, 5,4  %-ini cari təmir, 3,8  %-ini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 88,6  %-ini qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələri yerinə yetiriblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
525.az

1Mənbələr