525.az saytından alınan məlumata görə, ain.az bildirir.
Bu ilin yanvar-iyul aylarında Bakı şəhərində yerinə yetirilmiş ümumi inşaat işlərinin 91,3 %-ini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.
Bu barədə 525.az-a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, ötən 7 ay ərzində paytaxtın tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 86,4 %-ini inşaat, yenidənqurma və bərpa, 6,8 %-ini əsaslı təmir, 3,6 %-ini cari təmir, 3,2 %-ini isə sair tikinti işləri təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanda tikinti müəssisələri tərəfindən (fərdi sahibkarlar nəzərə alınmaqla) yerinə yetirilmiş inşaat işlərinin 82,8 %-ini inşa, yenidənqurma və bərpa, 8 %-ini əsaslı təmir, 5,4 %-ini cari təmir, 3,8 %-ini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 88,6 %-ini qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələri yerinə yetiriblər.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.