AZ

Tokayev təhlükəli toqquşma ilə bağlı xəbərdarlıq etdi

BAKI, 17 sentyabr. TELEQRAF

“Dünyada nüvə müharibəsi təhlükəsi böyük narahatlıq doğurur”.

Teleqraf xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.

“Dünyanın müxtəlif yerlərində baş verən hibrid müharibələrin cəbhə xəttləri aydın deyil. Bununla belə, onlar insan tələfatı bahasına baş verir və sonsuz qaçqın axını yaradırlar. İqtisadiyyata böyük ziyan vurur. Nüvə müharibəsi təhlükəsi çox böyül narahatlıq doğurur. Mütəxəssislər tez-tez qeyd edirlər ki, şər və xeyirin toqquşacağı belə bir dönüşün baş vermə ehtimalı son on ildə kəskin şəkildə artıb”, - dövlət başçısı bildirib.

Tokayev təəssüflə qeyd edib ki, dünyada konstruktiv təkliflər irəli sürmək, siyasi təmkin nümayiş etdirmək əvəzinə nifrət alovlanır, geosiyasi parçalanmalar güclənir, sosial gərginlik getdikcə kəskinləşir:

“Hesab edirəm ki, belə çətin anlarda konstruktiv diplomatiya dialoqa çağıran, tərəfləri bir-birindən uzaqlaşdırmağı dayandırmağa təşviq edən və beynəlxalq arenada qarşılıqlı etimadı artıran əsas metod kimi ön plana çıxmalıdır”.

Seçilən
36
teleqraf.com

1Mənbələr