"Benfika"nın yarımmüdafiəçisi Georgi Sudakov “Qarabağ”a məğlubiyyətdən sonra açıqlama verib.
Publika.az xəbər verir ki, Portuqaliya təmsilçisinin mətbuat xidmətinə danışan ukraynalı futbolçu məğlubiyyəti şərh edib:
“Bunu qəbul etmək çox çətindir. Biz güc toplayıb irəli baxmalıyıq. İlk növbədə baş verənləri analiz etməli, oyunumuz üçün məsuliyyət götürməliyik. İndi diqqətimizi növbəti görüşə yönəltməli və çox çalışmalıyıq.
Biz 2:0 öndə idik və oyuna nəzarət edirdik. Amma standart vəziyyətdən qol buraxdıqdan sonra hər şey dəyişdi. “Qarabağ” bizi üstələmədi, amma onların hər hücuma keçidi bizim üçün çox çətin idi”.