Ukraynada keçirilən xüsusi əməliyyat zamanı Rusiya Silahlı Qüvvələri dəmir yolu infrastrukturu obyektlərinə, həmçinin Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparatların saxlandığı məkanlara və buraxılış məntəqələrinə zərbələr endirib.
Sitat.info TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Rusiya Silahlı Qüvvələrinin əməliyyat-taktiki aviasiyası, pilotsuz uçuş aparatları, raket qüvvələri və artilleriyası Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi dəmir yolu infrastruktur obyektlərinə, uzun mənzilli pilotsuz uçuş aparatları üçün anbar və buraxılış məntəqələrinə, habelə Ukrayna silahlı qüvvələri və xarici qüvvələrin müvəqqəti yerləşdirilmə məntəqələrinə zərbələr endirib”.
Tehran,
Sitat.info