Bakı. Trend:
Orta dəhliz strateji mineral xammalın tədarükü üçün əsas marşrutolacaq.
Trend xəbər verirki, bu barədə Amerikanın “Atlantic Council” analitik mərkəzinindərc etdiyi materialda deyilir.
“Mərkəzi Asiya müasir texnologiyaların, o cümlədən smartfonlar,elektrik avtomobilləri və yarımkeçiricilərin istehsalı üçün tələbolunan olan kritik əhəmiyyətli minerallarla zəngindir. Orta dəhliznadir torpaq elementləri uğrunda artan rəqabət fonunda getdikcədaha strateji əhəmiyyət kəsb edir”, – deyə“Atlantic Council”inanalitikləri bildirirlər.
"Atlantic Council"in məlumatına görə, Cənubi Qafqazın MərkəziAsiyaya nəqliyyat infrastrukturunun genişləndirilməsi ölkələrə Ortadəhlizi genişləndirmək imkanı verəcək ki, bununla da Rusiyaərazisindən yan keçməklə etibarlı tədarük zəncirləri təmin olunacaqvə müasir yüksək texnologiyalı sahələr üçün həyati əhəmiyyətlistrateji minerallara və nadir torpaq elementlərinə çıxış mümkünolacaq.
Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən,Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur.Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.
Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan vəTürkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi,Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. OrtaDəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa iləbirləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolutəklif edir.