1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti" Moskva Regional İctimai Təşkilatının sədri Bəxtiyar Həsənov Rusiya vətəndaşlığından məhrum edilib.
Oxu.Az bu barədə "Readovka" "Telegram" kanalına istinadla məlumat verir.
Bildirilir ki, qərarın əsasında onun uzun müddətdir kölgə sxemləri ilə əlaqələri, o cümlədən qeyri-qanuni miqrasiya və qaçaqmalçılıq kimi fəaliyyətləri dayanır.
Bundan əlavə, onun adı bir neçə dəfə layihələri və işgüzar əlaqələri ilə bağlı mübahisəli hadisələr kontekstində mediada hallanıb.
Qeyd olunur ki, B.Həsənov Rusiya pasportunu hələ 2000-ci illərin əvvəllərində əldə edib.