Rusiya ölkədə ABŞ-nin “Starlink” peyk rabitə sisteminin analoqunun yaradılması üzərində işləyir.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə məlumatı “Roskosmos”un rəhbəri Dmitriy Bakanov “Solovyov Live” proqramının efirində açıqlayıb.
“Tezliklə bizim öz terminalımız yaradılacaq. Mütləq qaydada bizim öz peyk cihazımız olmalıdır”, - Bakanov bildirib.
Qeyd edək ki, “Starlink” amerikalı milyarder İlon Maskın “SpaceX” şirkəti tərəfindən yaradılıb və planetin istənilən nöqtəsində internətə qlobal miqyaslı çıxışı təmin edən texnologiyadır.
Rusiya mediası yazır ki, Ukrayna Silahlı Qüvvələri müharibənin əvvəlindən “Starlink”dən istifadə edirlər. İ.Mask qeyd edib ki, Ukrayna digər rabitə vasitələri məhv edildiyindən bu sistemdən ön cəbhədə yararlanır.
"Cebheinfo.az"