AZ

0:2 uduzarkən "Qarabağ"ın qələbə əmsalı 76 olub!

style='margin-bottom:10px;'>

UEFA Çempionlar Liqasının 2025/26 mövsümü Liqa mərhələsinin startı böyük sensasiya ilə yadda qaldı. Azərbaycan təmsilçisi "Qarabağ", oyun ərzində iki top fərqi ilə geri düşməsinə baxmayaraq, Portuqaliya nəhəngi "Benfika" üzərində qələbə qazandı. Qarşılaşma 3:2 hesabı ilə Azərbaycan çempionunun xeyrinə başa çatdı və bu nəticə klub üçün tarixi hadisə oldu — "Qarabağ" bu turnirdə ilk dəfə qalib gəldi. 

QOL.az Rusiyanın "Sovetski sport" nəşrinə istinadən xəbər verir ki, canlı mərclər zamanı "Qarabağ" 0:2 hesabı ilə məğlub durumda olarkən onun qələbə əmsal 76.00 olub.

Məlumatda bildirilir ki, beynəlxalq bukmeyker kontorlarında "Benfika"nın qələbə əmsalı 1.19 olub, "Qarabağ"ın uğuru isə oyundan əvvəl 20.00 əmsal dəyərləndirilib.

Seçilən
44
1
teleqraf.com

2Mənbələr