AZ

"La Casa de Papel"in məşhur "Tokyo"su ana olmağa hazırlaşır

"La Casa de Papel"in məşhur "Tokyo"su ana olmağa hazırlaşırDünya şöhrətli "La Casa de Papel" serialında canlandırdığı "Tokyo" obrazı ilə tanınan Ursula Korbero hamilə olduğunu açıqlayıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, 35 yaşlı aktrisa xəbəri sosial şəbəkə hesabında paylaşdığı fotolar vasitəsilə izləyicilərinə çatdırıb.

Korbero paylaşımında hamiləlik xəbərinə zarafatla "Süni intellekt deyil" qeydi də əlavə edib. Onun bu sözləri qısa zamanda gündəm olub və minlərlə təbrik mesajı alıb.

Aktrisa son paylaşımında qarını artıq nəzərə çarpan yeni fotosunu da pərəstişkarları ilə bölüşüb. Körpəsinin cinsiyyətini hələ açıqlamayan Korberonun təbii və səmimi görüntüləri sosial şəbəkələrdə böyük maraq doğurub.

Pərəstişkarları ilə sevincini bölüşməyə davam edən aktrisanın hamiləlik dövrünə aid paylaşımları geniş rezonans doğurub.
"La Casa de Papel"in məşhur "Tokyo"su ana olmağa hazırlaşır

Seçilən
16
sonxeber.az

1Mənbələr