Bu barədə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi jurnalistlərəaçıqlamasındaməlumat verib. O diqqətə çatdırıb ki, Tehran Baş Assambleyanın müvafiq sessiyasında Avropa İttifaqı iləanlaşılmazlıqları aradan qaldırmaq naminə danışıqlar aparacaq.
Mətbuat katibi, eyni zamanda, Baş Assambleyanın iclaslarında iştirak məqsədilə Nyu-York şəhərinə gedənİran nümayəndə heyətinə viza məhdudiyyəti qoyulub.
"Bu yeni şey deyil, ancaq budəfəki tədbirlər görünməmiş addımdır. ABŞ öz öhdəliklərini açıq-aydın pozaraq, etibarını daha da sarsıdır",– o deyib. Bildirib ki, hazırda Nyu-Yorkdan cavab gözlənilir; viza məhdudiyyəti öz həllini tapanda nümayəndə heyətinin tərkibi ilə əlaqədar yekun qərar veriləcək.
İsmayıl Bəqayinin sözlərinə görə, Tehran Nyu-Yorkda baş tutacaq iclaslarda həmçinin regional və beynəlxalq hadisələrə dair digər ölkələrlə dialoq qurmağa çalışacaq.
Firudin Həmidli
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta