Rusiya xarici işlər naziri Sergey Lavrov hazırda Moskvadakı xarici ölkə səfirləri ilə Ukraynadakı işğalçı müharibəyə dair toplantı keçirir.
Musavat.com xəbər verir ki, ABŞ-ın Rusiya neftinə qarşı Avropa ilə birlikdə sərt sanksiyalar hazırlıqları Moskvanın hərəkətə keçməsinə səbəb olub. Lavrovun səfirləri toplayıb etdiyi çıxış reallıqda Vladimir Putinin ABŞ-la Avropanın Ukrayna məsələsində yenidən birləşməsinin qarşısını almağa yönəlik gedişini əks etdirir.
Lavrov bildirib ki, ərazi mübadiləsi və ya Ukrayna ilə bağlı ABŞ-la ticarəti bərpa etmək təklifləri Putini “aldatmaq” cəhdləridir və nəticə verməyəcək: “Bəziləri düşünə bilər ki, ərazi mübadiləsi və ya Amerika ilə ticarəti bərpa etməklə Putini şirnikləndirmək cəhdi müharibəni dayandıra bilər. Bu, belə deyil. İndi əsas məsələ Rusiyanı təcrid etməkdir. Rusiyanın aktivləri müsadirə edilməli, Ukraynaya verilməli, Kiyev isə silahlanmağa davam etməlidir. Bizdə silah qıtlığı, Qərbin dəstəyi qıtlığı var. Mahiyyət etibarı ilə o(Ukrayna prezidenti Vladimir Zelenski –red.), Qərbdəki sağlam qüvvələrin sağlam kurs tutmasının qarşısını almaq istəyir".
Rusiya XİN başçısı Avropanın danışıqlar prosesinə buraxılmayacağını iddia edib: “Avropa açıq-aydın, olduqca həyasızcasına, danışıqlar masası arxasında özünə yer ayırmağa çalışır. Baxmayaraq ki, revanşizm mövqeyinə və Rusiyaya strateji zərbə vurmaq mövqeyinə görə danışıqlar masası arxasında bunu etməyin, əlbəttə ki, mənası yoxdur. Avropa da qeyd etdiyim kimi, Ukraynaya öz kontingentini göndərməyi düşünür və bu, artıq elan etdiyimiz kimi, legitim hərbi hədəf sayılacaq”.
Musavat.com