AZ

Merts: Məcburi sülh Putini növbəti hədəf axtarmağa ruhlandıracaq

Sülh razılaşması Ukraynanın suverenliyi və ərazi bütövlüyü bahasına əldə olunmamalıdır.

Tribunainfo.az xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts Bundestaqda bildirib.

Onun sözlərinə görə, NATO müttəfiqlərinin sərhədlərinin pozulması və Ukraynaya təzyiq – Kremlin strategiyasının bir hissəsidir.

Kansler diqqətə çatdırıb ki, Almaniya Kiyev üçün ədalətli sülhün tərəfdarıdır.

“Məcburi sülh, azadlıqdan məhrum sülh Putini sadəcə növbəti hədəf axtarmağa ruhlandıracaq”, – Merts əlavə edib.

Seçilən
14
4
tribunainfo.az

7Mənbələr