AZ

IX qrant müsabiqəsində paytaxt üzrə 69 layihə qalib olub

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 17 sentyabr, AZƏRTAC

Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsində paytaxt üzrə 69 layihə qalib olub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, onlardan 1-i “Ümumi təhsil müəssisələri” kateqoriyası, 68-i isə “Fərdi layihələr” kateqoriyası üzrə fərqlənib.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələrinin əsas məqsədi təhsil müəssisələri, eləcə də təhsilverənlər arasında sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
5
azertag.az

6Mənbələr