AZ

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında kütləvi ixtisar gözlənilir?- RƏSMİ CAVAB

Bir müddət əvvəl Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında kütləvi ixtisarların aparılacağı, oktyabrın 1-dən etibarən 10-dan artıq əməkdaşla əmək müqaviləsinə xitam veriləcəyi barədə məlumatlar yayılmışdı. Bildirilirdi ki, ittifaq sədri Araz Paşayevin qərarı ilə işində fərqlənən, lakin himayədarı olmayan bir qrup əməkdaş vəzifəsindən azad ediləcək.

Məsələ ilə bağlı Editor.az-ın ünvanladığı informasiya sorğusuna qurumdan cavab gəlib. Həmkarlar İttifaqının açıqlamasında qeyd olunur ki, yayılan məlumatlar həqiqəti əks etdirmir və qərəzli xarakter daşıyır:

“Müraciətinizə cavab olaraq qeyd edirik ki, müraciətdə yer alan fikirlər və mövqelər təəssüf ki, qərəzli xarakter daşıyır və obyektiv faktlara əsaslanmadan irəli sürülür. İddiaların əsassız olduğunu, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin fəaliyyətini hədəf alan bu cür yanaşmanın hüquqi və faktiki əsaslara söykənmədiyini xüsusilə vurğulayırıq.

Komitə öz fəaliyyətində şəffaflıq, obyektivlik və qanunvericiliyə riayət prinsiplərini əsas götürür. Qəbul etdiyi bütün qərar və həyata keçirdiyi fəaliyyət mövcud hüquqi çərçivəyə uyğun şəkildə və müvafiq prosedurlara əməl olunmaqla həyata keçirilir.

Bir daha bəyan edirik ki, yayılan iddiaların heç bir hüquqi və faktiki əsası yoxdur. Tərəfimizdən həyata keçirilən fəaliyyət, o cümlədən kadr və idarəetmə sahəsində atılan hər bir addım şəffaflıq, qanunlara riayət və insan amilinə hörmət prinsiplərinə əsaslanır”.

//Editor.az

Seçilən
46
editor.az

1Mənbələr