265 nömrəli körpələr evi-uşaq bağçasının dəhlizində tavandan bərk cisim parçasının düşməsi nəticəsində bir uşaq xəsarət alıb.
Modern.az xəbər verir ki, bu barədə APA-ya bağçadan məlumat verilib.
Bildirilib ki, tibb bacısı tərəfindən uşağa ilkin tibbi yardım göstərilib.
Bağça rəhbərliyi tərəfindən uşağın valideyninə dərhal məlumat verilib.
Uşaq səhiyyə müəssisəsində müayinə olunub, uyğun tibbi yardım göstərilib və vəziyyəti qənaətbəxş olduğu üçün evə buraxılıb.