AZ

NATO qoşunları sərhədə yığıldı: 30 min əsgər...

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Polşa Belarusla sərhəddə hərbi təlimlərə başlayıb.

Globalinfo.az xəbər verir ki, təlim ərazisi strateji Sualki dəhlizindən təxminən 100 kilometr məsafədə yerləşir.

“Təlimləri Polşanın Baş nazirinin müavini, müdafiə naziri Vladislav Kosinyak-Kamyş və Baş Qərargah rəisi Veslav Kukula müşahidə edirlər. Bu çərçivədə zirehli, mexanikləşdirilmiş, artilleriya və hava bölmələrinin birgə fəaliyyəti sınaqdan keçirilir”, – deyə bildirilib.

Məlumata görə, ümumilikdə təlimlərə Polşa və NATO ölkələrindən 30 minə yaxın hərbçi və 600-dən çox texnika cəlb olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
3
globalinfo.az

4Mənbələr