UEFA Çempionlar Liqasında iştirak edən komandalar dəyərlərinə görə sıralanıb.
Bizim.Media xəbər verir ki, məşhur “Goal” nəşri 36 klubdan ibarət reytinq yaradıb.
Dünən keçirilən ilk tur matçında səfərdə Portuqaliya “Benfika” üzərindəki 3:2 hesablı qələbəyə baxmayaraq, “Qarabağ” cədvəlin sonuncu – 36-cı pilləsində göstərilib.
Bu isə o deməkdir ki, Azərbaycan çempionu Liqa mərhələsinin ən zəifi hesab olunur. Ondan yuxarı pillələrdə – 30-36-cı pillələrdə müvafiq olaraq “Union” (Belçika), “Bodo-Qlimt” (Norveç), “Slaviya” (Çexiya), “Pafos” (Kipr) və “Kayrat” (Qazaxıstan) qərarlaşıblar.
Çempionlar Liqasında cari mövsümün ən güclüsü İspaniya nəhəngi “Barselona” sayılır. İkinci pillədə turnirin son qalibi olan PSJ (Fransa) yer alır. İlk “üçlüy”ü isə İngiltərə təmsilçisi “Liverpul” qapayır.
Rəşad Rafiqoğlu, Bizim.Media