AZ

Kaxa Kaladze: Düşmən qüvvələr Gürcüstanda dövlət çevrilişinin təşkili üçün hər şeyi edirlər

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Tbilisi, 17 sentyabr, AZƏRTAC

Ukraynadan Gürcüstana gətirilən heksogen maddəsi ilə bağlı alınan izahatlar və etiraflar sübut edir ki, düşmən sakitləşməyib. Onlar Gürcüstanda dövlət çevrilişi, qan tökülməsi, inqilab və insanlar arasında qarşıdurma təşkil etmək üçün bütün cəhdləri edirlər.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze söyləyib.

“Bu, çox ağır faktdır. Dövlət Təhlükəsizliyi Xidmətinin bütün əməkdaşlarına qabaqlayıcı tədbirlərə görə təşəkkür edirəm. Bildiyimə görə, istintaq davam edir. Suallar çoxdur, gözləmək lazımdır. Bu cinayət növü ilə məşğul olmaq çox ağır faktdır”, - deyə Kaladze vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
5
azertag.az

6Mənbələr