AZ

Azərbaycan azad edilən ərazilərdə ekosid və mədəni-mənəvi irsə qarşı vandalizmin ağır nəticələrini aradan qaldırır – Allahşükür Paşazadə

Bakı. Trend:

Qazaxıstan Respublikasında səfərdə olan Qafqaz Müsəlmanlarıİdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə 17 sentyabrtarixində Dünya və ənənəvi Dinlərin VIII Astana Qurultayındaiştirak edib.

QMİ-nin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nüfuzlubeynəlxalq dinlərarası dialoq platforması olan Dünya və ənənəviDinlərin VIII Qurultayının mövzusu “Dinlərin dialoqu – gələcəknaminə sinerji”dir.

23 illik tarixə malik Astana Qurultaylarının daimi iştirakçısıvə Qurultay Katibliyinin daimi üzvü olan Şeyxülislam A.Paşazadə alitədbirdə çıxış edib:

“Mötəbər toplantımızın iştirakçılarını səmimi salamlayır,Azərbaycan xalqının və Prezident İlham Əliyev cənablarının salam vəxeyir-dualarını Qurultay iştirakçılarına və qardaş qazax xalqınayetirməkdən şərəf duyur, Ulu Rəbbimizdən bəşər ailəsi naminə bütünsəy və fəaliyyətlərimizə rəvac verməsini diləyirəm”.

Şeyxülislam bildirib ki, dünyanın nüfuzlu dini liderlərininənənəvi zirvə görüşü olan Qazaxıstan Qurultayları beynəlxalq aləmdəöz önəmini iki onillikdən artıq müddət ərzində təsdiq edib:

“Astana qurultaylarının müstəsna əhəmiyyəti dini liderlərləsiyasi, ictimai xadimlərin daimi fəaliyyətdə olan platformasıolmasındadır. Belə bir bəşəri əhəmiyyətli ideyanın ərsəyə gəlməsivə davamlı mövcudluğunu təmin edən Qazaxıstan dövlətinə, onunmüdrik siyasi rəhbərliyinə dərin minnətdarlığımı bildirməkistərdim. Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev cənablarınınrəhbərliyi ilə Qazaxıstan tərəqqi və mənəvi inkişaf yollarındainamla irəliləyir. Əminik ki, Qazaxıstan dövləti dinlər vəsivilizasiyalararası dialoqun inkişafı prosesində fəal rolunubundan sonra da davam etdirəcək.

A.Paşazadə vurğulayıb ki, VIII Astana Qurultayının “Dinlərindialoqu – gələcək naminə sinerji” mövzusunu gündəmə gətirməsi mühümaddımdır:

“Müharibələrin səngimədiyi dövrdə bizim hər birimizin,cəmiyyətin bütün zümrə və təbəqə nümayəndələrinin məsuliyyət payıvar və biz bunu dərindən dərk edərək nifrət çağırışlarınınqarşısının alınması, insan qardaşlığı mühitinin inkişafı yönündəfəallığımızı artırmalıyıq. Dünyanın müxtəlif nöqtələrində günahsızinsanların qətl və faciələrinə son qoyulması üçün mənəviməsuliyyətimizdən çıxış etməli, beynəlxalq hüququn qüvvə vəimkanlarından istifadə etməliyik. Daha bir narahatedici məqam süniintellektin həyatımıza nüfuz etməsi ilə bağlıdır. Rəqəmsaltexnologiyaların hədsiz inkişafı dövründə bu yeniliklərinhəyatımızın bütün sahələrinə sərhədsiz sirayət etməsi yeniimkanlarla yanaşı yeni təhdidlər gətirir. Bu məsələdə ən mühüm olanmənəvi-etik hədlərin gözlənilməsi, yaranma ehtimalı yüksək olanfəsadların önlənməsi məqamıdır.

QMİ sədri əlavə edib ki, insan həyatının qorunması naminədinlərin dialoq və əməkdaşlığı zəruridir. Bu əməkdaşlıq 2019-cuildə Abu-Dabidə imzalanmış İnsan qardaşlığına dair sənədin ruhundadavam və inkişaf etməlidir.

“Dini lider olaraq bütün siyasət xadimlərinə müraciət edərəksilahların susdurulmasına, barış mühitinin bərqararı naminədiplomatik səyləri dəstəkləməyə çağırıram. Şükürlər olsun, ərazibütövlüyünü bərpa etmiş Azərbaycan dövləti azad etdiyimizərazilərimizdə ekosid və mədəni-mənəvi irsimizə qarşı vandalizminağır nəticələrini aradan qaldıraraq genişmiqyaslı quruculuq işlərihəyata keçirir. Bu əsnada, qardaş Qazaxıstan dövlətinə Füzulişəhərində hədiyyə olaraq inşa etdirdikləri Kurmanqazı adına UşaqYaradıcılığının İnkişafı Mərkəzinə görə dərin təşəkkürlərimiziifadə edirik.

Astana Qurultayının hər zamankı kimi yüksək səviyyədə təşkilolunmasına və qonaqpərvərliyə görə Qazaxıstan dövlətinə, onunrəhbərliyinə, məsul şəxslərə bir daha dərin minnətdarlığımı və ənxoş arzularımı yetirirəm. Uca Yaradan ölkələrimizdə daima sülh vəəmin-amanlığı qərar versin, dünyanı hifz etsin”, - deyə o fikriniyekunlaşdırıb.

Seçilən
68
1
az.trend.az

2Mənbələr