Azərbaycan idmançısı Qazaxıstanda təşkil olunan akademik avarçəkmə üzrə "Türküstan kuboku"nda medal qazanıb.


Bu barədə Rekord.az-a Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidmətindən bildirilib.


Türküstan şəhərində keçirilən reqatada gənc idmançı Nurlan Paşayev uğurlu nəticə əldə edib. Finalda finiş xəttini üçüncü keçən Nurlan bürünc medala sahib olub.