AZ

85 yaşlı Flora Kərimova reklama çəkildi

Uzun zamandır gözlərdən uzaq gəzən Xalq artisti Flora Kərimova sosial şəbəkələrdə görünüb.

85 yaşlı sənətçinin yeni görüntüsü instaqramda paylaşılıb.

Məlum olub ki, əfsanəvi sənətçi “Yolüstü” və “FoodMood”un birgə hazırladığı reklam filmində rol alıb.

Reklamda Flora Kərimovanın illər öncə dillərə düşən “Bir axşam taksidə” ifası səslənir. Bu detal layihəyə xüsusi nostalji ab-hava qatıb. Tamaşaçı həm musiqi, həm də vizual olaraq keçmişlə bu günü birləşdirən kadrları seyr edəcək.

Reklam filmində Xalq artisti retro üslubda bir avtomobildə görünür. Kərimovanın ikonik obrazının müasir tərzdə təqdim ediləcəyi reklamın izləyicilərdə böyük maraq doğuracağı gözlənilir.

“Yolüstü” və “FoodMood”un reklamı yaxın günlərdə televiziya və rəqəmsal platformalarda yayımlanacaq.

Seçilən
8
1
olay.az

2Mənbələr