AZ

0:8 dən sonra: “Əksər futbolçular II Liqanın səviyyəsinə uyğun deyil”

ain.az, futbolpress-az saytına istinadən bildirir.

II Liqada II turun oyunları keçirilir. Debütant “Ağstafa Gəncləri” bu turda “Qaradağ Lökbatan”a :8 hesabıyla uduzub.

Futbolpress.az xəbər verir ki, Ağstafa təmsilçisinin rəhbəri Şahin Kərimov məğlubiyyətlə bağlı feysbuk hesabında paylaşım edib:

“Əlbəttə, məğlub olanda söz tapmaq çətin olur. Məğlubiyyətlər gözlənilirdi, amma belə yox. Həm futbolçular, həm də rəhbərlik çox məyusdur. İnanıram ki, siz də bizim qədər üzünsünüz. Biz Ağstafanın adını ucaltmağa gəlmişik. Amma təəssüflər olsun ki, hələ bunu edə bilmirik. Məğlub olsaq da, təslim olmaq fikrimiz yoxdur. Kadr problemlərimiz var. Əksər futbolçular II Liqanın səviyyəsinə uyğun deyil. Qısa vaxtda maliyyənin azlığı səbəbindən keyfiyyətli oyunçular cəlb edə bilmədim. Bəhanə etmək istəməzdim, görüləsi işlər çoxdur. Çalışacağıq ki, qarşımıza qoyulan vəzifəni yerinə yetirək. Bu çətin durumda mənəvi dəstəyə böyük ehtiyac var. Uğurlu yola birgə getməliyik. Sizə kədər verdiyimiz üçün üzr istəyirik”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
42
futbolpress.az

1Mənbələr