Azərbaycanda avtomobil nəqliyyatı ilə ölkədaxili yük daşımaları sahəsində 1 milyonuncu elektron əmtəə-nəqliyyat qaiməsi tərtib edilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, qaimənin tərtib olunmasında 2778 yükgöndərən, 1179 daşıyıcı və 15087 yükalan iştirak edib.
“Elektron əmtəə-nəqliyyat qaiməsi ölkədaxili yük daşımalarında yükgöndərənlə daşıyıcı arasındakı müqaviləni rəsmiləşdirir, yükün daşınmaya qəbulunu və çatdırılmasını təsdiqləyir”, - məlumatda bildirilir.
Qeyd olunur ki, bütün sənədləşmə prosesi AYNA tərəfindən yaradılmış elektron xidmət üzərindən aparılır.