AZ

Azərbaycan vətəndaşları yarım ildə xaricdə istirahətə 1 milyard manat xərcləyib

2025-ci ilin 6 ayında qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 2.1% artaraq 1,7 milyard dollar təşkil etmişdir. Hesabat dövründə turizm xidmətləri üzrə ixracın (946.4 milyon dollar) idxalı (752.1 milyon dollar) üstələməsi nəticəsində 194.3 milyon dollar həcmində profisit yaranmışdır.

FED.az xəbər verir ki, bu, Mərkəzi Bankın dərc etdiyi 2025-ci ilin 6 ayı üzrə Azərbaycan Respublikasının tədiyə balansında bildirilir.

Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 0.7%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 1.1% azalmışdır.

Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 752.1 milyon dollar (cari məzənnə ilə 1 milyard 279 milyon manat) olmuşdur. Bunun 77.4%-i və ya 582,1 milyon dolları (cari məzənnə ilə 989,6 milyon manat) Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olmuşdur (məkik idxal üçün vəsaitlər istisna olmaqla)

Seçilən
30
2
fed.az

3Mənbələr